cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Belaruslu hakimin səhvləri

26.07.2017 13:38 Oxundu 2104

"Qarabağ"-"Şerif" oyunun baş hakimi belaruslu Sergey Tsınkeeviç cəsarətli idarəçiliyi ilə fərqlənsə də bəzi epizodlarda səhvləri ilə yadda qaldı. Məsələn, 2-ci dəqiqədə "Qarabağ"ın kəskin hücumu zamanı o köməkçisinin işarəsi ilə "oyundan kənar" vəziyyət qeydə aldı. Halbuki həmin epizodda komandamızın 52 nömrəli oyunşusu Yakub Jezniçakdan qabaqda rəqibin qapıçısı və qapı xəttində daha bir müdafiçisi var idi. Doğrudur, bu epizodda qapıçı təhlükəni dəf etdi, amma buna qədər hakim fitini vermişdi.

Oyunun 5-ci dəqiqəsində də hakim səhvi qeydə alındı. Belə ki, Rəqibin 15 nömrəli oyunçusu Kriştianu sol cinahdan cərimə meydançasına daxil olarkən Medvedev sürüşmə fəndi ilə topu rəqibdən almaq istədi, amma topa toxuna bilmədi. Bununla belə, rəqibə də toxunmurdu. Bu anda topu çata bilməyəcəyini görən Kriştianu sağ ayağını Medvedevə tərəf açıb ona ilşərək yıxıldı. Hadsənin 2 metrliyində olan Tsınkeeviç isə bu simulyasıyanı görməzliyə vurdu. Hətta "İdman TV"-nin şərhçiləri də bu vəziyyətdə hakimin bizə yardım etdiyini bildirdilər. Halbuki, epizodun təkrarında simulyasıya açıq-aydın görünür.