cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

"Kəpəz" hazırlığını Bakıda davam etdirəcək

26.07.2017 15:42 Oxundu 2053

Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Ərzurumda şəhərində keçirmiş "Kəpəz"in əsas komandasının üzvləri istirahətə buraxılıb. Futbolçulara 3 günlük istirahət verilib. "Sarı-göylər" hazırlığa iyulun 29-da başlayacaq. Heyət Bakıda bir araya gələcək. İlk məşq prosesi saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna təyin olunub.

Komandanın Ərzurumda keçirdiyi məşqlər haqda fikirlərini "sarı-göylər"in qolkiperi Davud Kərimi komandanın rəsmi saytına bildirib: "Təlim-məşq toplanışı qaydasında keçdi, bizim yaxşı hazırlaşmağımız üçün gözəl şərait yaradılmışdı. Bunun üçün rəhbərliyə təşəkkür edirəm. Əzmlə, səylə çalışdıq. Məşqlər ağır keçdi. Əsasən fiziki hazırlıq üzərində işlədik. Yoxlama oyunları keçirdik. Görüşlər olan günlərdə də səhərlər məşq edib oyunlara çıxdıq. Yorğunluq fonunda çıxış etdik. Məncə, pis oynamadıq. Bizim üçün əsas olan belə oyunlar yox, çempionat matçlarıdır. Qarşıdakı mövsümdə azarkeşləri sevindirməyə çalışacağıq".