cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Rəqib haqda çox şey bilirik, lakin..."

27.07.2017 15:34 Oxundu 1862

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin baş tutacaq “Panatinaikos” – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdur. Heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin qarşıdakı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də bu oyunun necə alınacağı maraqlıdır. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq. Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir. “Panatinaikos” böyük ada malik komandadır, brenddir. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”.