şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Şəhriyar Əliyev : "Hazırlığımızın bəhrəsini çempionatda görəcəyik"

28.07.2017 12:36 Oxundu 1902

“Kəpəz” Ərzurum toplanışını başa vuraraq vətənə qayıdıb. Komandasının üzvü Şəhriyar Əliyev kapazpfc.az saytına Ərzurum toplanışını dəyərləndirib. Müdafiəçi ölkə xaricində keçirilən hazırlıq prosesinin komandaya xeyrli olacağını deyib: “Türkiyəyə yollanmamışdan öncə Bakıda yüngül formada hazırlıq keçmişdik. Ərzurumda isə artıq bilirdik ki, bizi ağır məşqlər gözləyir. Çünki xaricdəki toplanış hazırlığımızın əsas hissəsi olmalı idi. Məşqlər ağır olsa da, canla-başla verilən tapşırıqları, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Hazırlıq yaxşı keçdi. Ayaqlarımızda ağırlıq vardı, bu da ki, normal haldır. Fiziki yükləmədən sonra vəziyyət belə olmalıdır. Bu səbəbdən yoxlama oyunları da bizim üçün ağır keçdi, çətinliyimiz oldu. Maşallah, uşaqlar da pis oynamadılar, özlərini göstərməyə çalışdılar. İstər yenilər olsun, istərsə də köhnə futbolçular, hamı ürəklə çalışdı. Mütləq bunun bəhrəsini çempionatda görəcəyik”.