şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Neftçi" birini göndərdi, birini gətirdi

28.07.2017 16:48 Oxundu 1894

"Neftçi” PFK-nın futbolçusu Edson Kastilyo Venesuelanın "Mineros Quayana” klubuna icarəyə verilib. Müqaviləyə görə futbolçumuz 2017-ci ilin sonunadək Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Saytın növbəti xəbərində isə xorvatiyalı sol cinah müdafiəçisi Mateo Mujeklə müqavilə imzalandığı bildirilir. Qeyd edək ki, 22 yaşlı Mateo Mujeklə anlaşmanın müddəti 2 ildir. Mujekin sonuncu klubu "Rudar” (Sloveniya) olub.