şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Çempionat derbi ilə başlayacaq

02.08.2017 12:44 Oxundu 1821

Bu gün Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirildi.

"Cempion.az" PFL-ə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında reallaşan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, klub nümayəndələri, eləcə də Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri iştirak etdilər.
Püşkatmaya əsasən Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunda aşağıdakı komandalar üz-üzə gələcəklər.

“İnter” – “Qəbələ”
“Neftçi” – “Qarabağ”
“Zirə” – “Səbail”

“Sumqayıt” – “Kəpəz”

Qeyd: İlk turun görüşlərinin 11-13 avqust tarixdə keçirilməsi nəzərdə tutulub.