şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

İspaniya Futbol Liqası Neymarın PSJ-yə keçidinə icazə verməyib

03.08.2017 15:00 Oxundu 2051

İspaniya Futbol Liqası (LaLiga) Fransanın PSJ klubunun Neymarın transferi üçün “Barselona”ya ödədiyi pulu qəbul etməyib.

Bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, bu gün 25 yaşlı braziliyalı hücumçunun nümayəndələri tələb olunan sənədləri imzalamaq üçün LaLiga-nın ofisinə gəliblər. Lakin qurumun rəhbərliyi ödəniləcək məbləğin mənşəyi barədə məlumat olmadığını əsas gətirərək transferə icazə verməyiblər. Həmçinin bu transferin FİFA-nın maliyyə “fair play” qaydalarına zidd olduğu da futbolçunun vəkillərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Neymar avqustun 2-də PSJ ilə transfer məsələsini həll etmək üçün icazə alaraq “Barselona”nın məşqinə qatılmayıb. Fransa təmsilçisinin braziliyalıya görə ispanlara 222 milyon avro ödəyəcəyi bildirilir. Report