cümə, 29 mart 2024

BİZİM FUTBOL

PFL Azərbaycan Premyer Liqasının ümumi cədvəlini dərc edib

03.08.2017 15:06 Oxundu 2014

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı 1992-ci ildən keçirilən Azərbaycan Premyer Liqasının ümumi cədvəlini dərc edib.

Siyahıda yarışda iştirak edən 58 komanda sonuncu adı ilə göstərilib. Məsələn, “Olimpik”, “Olimpik-Şüvəlan”, AZAL adları altında çıxış edən paytaxt klubu indiki adı “Şüvəlan” kimi qeyd olunub.

Qələbəyə görə 3 xal prinsipi ilə tərtib olunan cədvələ nəzər salsaq, ilk iki pillədə çempionatların daimi iştirakçıları “Neftçi” və “Qarabağ”ın qərarlaşdığını görmək olar. Bakılılar 1-ci, Ağdam klubu 2-ci sırada qərarlaşıb. Böyük fərqlə geri qalan izləyicilərdən “Kəpəz” 3-cü, “İnter” 4-cüdür. Fəaliyyətini peşəkar səviyyədə dayandıran klublardan “Turan” 5-ci, “Bakı” 6-cı, “Xəzər Lənkəran” 7-cidir. Premyer Liqanın indiki sakinlərindən “Qəbələ” 8-ci yerdədirsə, “Sumqayıt” və “Zirə” üçüncü “onluq”dadır.

Qeyd edək ki, indiyədək baş tutan 25 çempionatda 58 komanda çıxış edib. Bu çempionatlardan biri – 2001/02 mövsümü yarımçıq dayandırılıb. Həmin yarışda çempionat dayandırılana qədər baş tutan matçların nəticələri nəzərə alınır. 58 iştirakçıdan birinin – “Gənclik” komandasının nəticələri ləğv olunsa da, rəqiblərinə 2 texniki qələbə verilib. Bu üzdən həmin iştirakçı da ümumi siyahıda yer alıb. Texniki nəticələr ümumi cədvəldə top fərqində nəzərə alınmır.

Sayca 26-cı olacaq 2017/2018 mövsümündə 8 komanda mübarizə aparacaq. Onlardan biri – Bakının “Səbail” klubu yüksək dəstənin debütantıdır.

yer komandalar mövsüm O Q H M T/F F X
1. Neftçi (Bakı) 25 721 409 159 153 1241-550 +691 1386
2. Qarabağ (Ağdam) 25 721 394 168 159 1068-583 +485 1350
3. Kəpəz (Gəncə) 19 546 263 112 171 921-608 +313 901
4. İnter (Bakı) 17 489 248 126 115 667-415 +252 870
5. Turan (Tovuz) 21 584 250 112 222 723-690 +33 862
6. Bakı 18 517 217 123 177 632-531 +101 774
7. Xəzər Lənkəran 12 369 160 103 106 493-338 +155 583
8. Qəbələ 11 336 138 87 111 406-350 +56 501
9. Şüvəlan (Bakı) 12 362 127 104 131 379-380 –1 485
10. Şəmkir 9 248 132 40 76 393-284 +109 436
11. Viləş (Masallı) 10 268 119 41 108 309-341 –32 398
12. Simurq (Zaqatala) 9 272 88 80 104 280-299 –19 344
13. Xəzər (Sumqayıt) 9 246 98 27 121 339-369 –30 321
14. ANS Pivani (Bakı) 8 214 88 45 81 261-249 +12 309
15. MOİK (Bakı) 11 306 66 60 180 225-489 –264 258
16. Kür-Nur (Mingəçevir) 7 194 75 31 88 225-267 –42 256
17. Karvan (Yevlax) 6 168 69 36 63 222-179 +43 243
18. Şahdağ (Qusar) 9 251 59 48 144 222-441 –219 225
19. Şəfa (Bakı) 8 216 61 22 133 220-336 –116 205
20. Xəzri (Buzovna) 4 114 58 29 27 155-95 +60 203
21. Sumqayıt 6 196 45 54 97 183-289 –106 189
22. Pambıqçı (Bərdə) 6 166 52 25 89 141-224 –83 181
23. İnşaatçı (Bakı) 4 108 41 23 44 112-112 = 146
24. MKT-Araz (İmişli) 3 84 37 22 25 86-77 +9 133
25. Xəzər (Lənkəran) 4 110 36 25 49 114-119 –5 133
26. Rəvan (Bakı) 4 136 31 34 71 134-219 –85 127
27. Bakılı 5 144 31 23 90 117-250 –133 116
28. Azəri (Bakı) 3 86 33 14 39 102-125 –23 113
29. Zirə (Bakı) 2 64 27 20 17 68-57 +11 101
30. Standard (Sumqayıt) 3 84 27 17 40 101-101 = 98
31. Muğan (Salyan) 3 90 25 19 46 72-120 –48 94
32. Daşqın (Zaqatala) 2 56 28 6 22 76-63 +13 90
33. Gənclərbirliyi (Sumqayıt) 4 110 22 20 68 91-214 –123 86
34. Kürmük (Qax) 3 84 23 15 46 98-190 –92 84
35. Göyəzən (Qazax) 3 98 21 17 60 63-153 –90 80
36. Avey (Ağstafa) 2 56 23 7 26 51-68 –17 76
37. İnşaatçı (Sabirabad) 2 54 19 12 23 51-64 –13 69
38. Pambıqçı (Neftçala) 3 82 15 13 54 82-200 –118 58
39. Plastik (Salyan) 1 38 18 2 18 42-60 –18 56
40. Azneftyağ (Bakı) 2 54 16 8 30 50-77 –27 56
41. Ədliyyə (Bakı) 2 60 14 12 34 45-106 –61 54
42. Avtomobilçi (Yevlax) 2 68 15 9 44 46-145 –99 54
43. Şirvan (Şamaxı) 1 38 16 2 20 42-64 –22 50
44. Fərid (Bakı) 1 30 13 8 9 45-28 +17 47
45. Çıraqqala (Siyəzən) 1 38 15 2 21 29-56 –27 47
46. Ümid (Cəlilabad) 2 54 12 7 35 53-116 –63 43
47. Karat (Bakı) 1 34 12 4 18 37-59 –22 40
48. Araz-Naxçıvan 3 42 10 8 24 38-88 –50 38
49. Masallı 1 26 8 6 12 30-40 –10 30
50. Ümid (Bakı) 1 24 7 4 13 23-50 –27 25
51. Energetik (Şirvan) 1 38 7 3 28 25-82 –57 24
52. Bozqurd (Samux) 1 18 4 6 8 19-30 –11 18
53. Dalğıc ADNŞ (Bakı) 1 32 4 4 24 18-80 –62 16
54. ABN-Bərdə 1 26 2 6 18 12-53 –41 12
55. Lokomotiv (İmişli) 1 26 4 0 22 17-37 –20 12
56. Şirvan (Kürdəmir) 1 38 3 1 34 10-72 –62 10
57. Şahdağ (Quba) 1 20 0 1 19 5-27 –22 1
58. Gənclik (Nəvahi) 1 38 0 0 38 0-0 = 0