cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Fransa Prezidenti Neymara görə PSJ-ni təbrik etdi

03.08.2017 15:10 Oxundu 2115

Fransa Prezidneti Emmanuel Makron braziliyalı hücumçu Neymarın “Barselona”dan gözlənilən transferi ilə əlaqədar PSJ futbol klubunun prezidenti Nasir Qanim əl-Xəlifini təbrik edib.

“Cempion.az"ın TASS-a istinadən verdiyi məlumata görə, E. Makron və PSJ prezidenti Paris ətrafındakı uşaq düşərgəsinə birfə səfər zamanı söhbətləşiblər.

Fransa Prezidenti bildirib: “Təbrik edirəm! Bilirəm ki, sizdə yaxşı xəbərlər var”. Əl-Xəlifi isə buna cavab olaraq gülümsəyib. Qeyd edək ki, Neymarın bu həftənin sonunadək 222 milyon avroya PSJ-yə keçməsi gözlənilir.