çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

BIZIM FUTBOL

“Qarabağ”ın rəqibi bəlli oldu

04.08.2017 13:57

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Qrup mərhələsinə 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq 20 komanda rəqiblərini tanıyıb.

Avropanın aparıcı futbol ölkələrində yüksək yer tutan, amma çempion olmayanlar Liqa yolunda 5 cütə bölünüb. Öz ölkəsinin ən yaxşısı olan 10 klub Çempionlar yolunda 5 cüt təşkil edib. İlk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ”ın da rəqibi bilinib.

Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyunu evdə keçirəcək.

Bu, komandalar arasında 2-ci duel olacaq. 1998/99 mövsümündə Kuboklar Kubokunda keçirilən qarşılaşmalar danimarkalıların aşkar üstünlüyü ilə keçmişdi. “Qarabağ” hər iki matçda uduzub, ümumilikdə 10 top buraxmışdı – 0:6, 0:4.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)

Oxundu: 294

© 2017 - NSPSOLUTIONS