bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

DÜNYA FUTBOLU

Zidanın maaşı artırıldı

12.08.2017 13:02

“Real” Madridin baş məşqçisi Zinəddin Zidan klubda işini davam etdirəcək.

“Cempion.az”ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, tərəflər müddəti 2020-ci ilin yayınadək olan yeni müqavilə bağlayıblar.

Yeni müqavilə ictimaiyyətə uyğun vaxtda elan ediləcək. Z. Zidanın məvacibi müqavilə əsasında ildə 4,35 milyon avrodan 8 milyon avroyadək artırılıb. Bu məbləğin bir qismi baş məşqçinin qazanacağı nailiyyətlərə görə bonuslar şəklində veriləcək.

Oxundu: 227

© 2017 - NSPSOLUTIONS