şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Barselona” Çindən futbolçu aldı

14.08.2017 14:47 Oxundu 1801

“Barselona” Çinin “Quançjou Everqrand” klubunun yarımmüdafiəçisi Paulinyonu transfer edib.

“Cempion.az”ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, transferin məbləği 40 milyon avro təşkil edəcək.

29 yaşlı brazliyanın müqaviləsində göstərilir ki, onu “Barselona”dan almaq istəyən klub 120 milyon avro ödəməlidir. Paulinyo cümə axşamı tibbi müayinədən keçəcək və “Barselona” ilə müqavilə bağlayacaq.