çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

“Kəpəz” – “Zirə” oyunu Yevlaxda keçiriləcək

17.08.2017 17:24 Oxundu 1978

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi ilə bağlı işlər davam etdiyindən arenadan istifadə etmək hələ ki, mümkün deyil. Bunu nəzərə alan klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edərək ev oyununun keçirilməsi üçün Tovuz və ya Yevlaxdakı şəhər stadionlarından istifadə etməyə razılıq verilməsini xahiş etmişdi. PFL-in əməkdaşları qeyd olunan arenalarda təftiş aparmaqla “Kəpəz” – “Zirə” matçının Yevlaxda təşkili haqda müsbət rəy veriblər. Beləliklə də sözügedən oyun avqustun 20-də saat 17:00-da Yevlax şəhər stadionunda keçiriləcək.