şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

DÜNYA FUTBOLU

"Barselona" transfer üçün daha 300 milyon ayırdı

18.08.2017 15:13

"Barselona" Filipe Koutinyo və Usama Dembelenin transferindən vaz keçmək fikrində deyil. Bu barədə İspaniyanın "Marka" qəzeti xəbər yayıb.

Artıq kataloniyaıların prezidenti Jozep Bartemeu bu futbolçuların transferi üçün 300 milyon avro ayırmağa razılıq verib.

Qeyd edək ki, əvvəllər "Borussiya" Dembeleni 150 milyon avro qarşılığında buracağını bildirmişdi. "Liverpul"la danışıqlar isə nəticə verməmişdi. Alınan məlumatlara görə, ingilis klubu da Koutinyonu 150 milyon avroya sata biləcəyinin siqnallarını verib.

Danışıqlar müsbət nətiələnərsə, "Barselona" Neymarın gedişindən sonra transferlərə 340 milyon avro xərcləmiş olacaq. Belə ki, katalonya klubu Paulinyonun transferi üçün Çinin "Quançjou Everqrand" komandasına 40 milyon avro ödəyib.

Xatırladaq ki, "Barselona" Neymarın transferindən 222 milyon avro qazanmışdı.

Oxundu: 191

© 2017 - NSPSOLUTIONS