şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Çelsi” öz futbolçusunu 3,2 milyon avro cərimələmək niyyətindədir

18.08.2017 15:14 Oxundu 2040

İngiltərənin “Çelsi” futbol klubu ispaniyalı forvard Diyeqo Kostanı cərimələmək niyyətindədir.

“Cempion.az”ın RT-yə istinadən verdiyi məlumata görə, əgər futbolçu yaxın zamanda komandanın düşərgəsinə gəlməsə, klub tərəfindən 3,2 milyon avro məbləğində cərimələnəcək. “Çelsi”nin baş məşqçisi Antonio Konte bir neçə ay əvvəl demişdi ki, D. Kosta 2017/18 mövsümündə onun planlarına daxil deyil. Özünə qarşı belə münasibətdən məyus olan D. Kosta komandanın düşərgəsinə gəlməyərək mövsümqabağı hazırlığı buraxıb. O, hazırda Brazliyadadır və digər kluba transfer olmağı gözləyir.