Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

BIZIM FUTBOL

“Qarabağ” qrupun bir addımlığındadı

22.08.2017 12:12

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları öncəsi yazı hazırlayıb.

Bütün qarşılaşmaları qısa dəyərləndirən qurumun rəsmi orqanı “Kopenhagen” – “Qarabağ” matçına da toxunub.

Qitə futbol qurumu evdəki ilk matçda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin qrupa düşməyə çox yaxın hesab edir: “Qarabağ”ı Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadı ki, indiyədək turnirdə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, Azərbaycan Çempionlar Liqasının qrupunda təmsil olunan 33-cü ölkə kimi tarixə düşəcək. Apasport.az

Oxundu: 312

© 2017 - NSPSOLUTIONS