cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” “Kopenhagen”lə oyuna hazırdı - FOTO

23.08.2017 13:40 Oxundu 1884

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi cavab matçının hazırlığını tamamlayıb.

Ağdam təmsilçisi dünən görüşün keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb.

Yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayan məşq təxminən 1 saat davam edib.

Komandanın son hazırlığını “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də izləyib. Apasport.az