şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” ÇL-in qrupunda

Avropa nəhəngləri Bakıya gələcəklər

23.08.2017 23:50 Oxundu 2218

Ağdamın “Qarabağ” komandası Azərbaycan futbolu tarixində daha bir “ilk”ə imza atdı. Komandamız mübarizəni Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Çempionlar liqasının pley-off mərhələsinin cavab matçında həmyerlilərimiz 1-2 hesabı ilə uduzsalar da iki oyunun nəticəsinə görə növbəti mərhələyə - qrup mərhələsinə vəsiqə qazanıblar. Sabah keşiriləcək püıkatmada komandamızın hansı qrupda mübarizə aparacağı bəlli olacaq.