Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

BIZIM FUTBOL

Boksçularımızın rəqibləri məlum olub

25.08.2017 12:48

Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri məlum olub.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, millimizin heyətində 1 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

26 avqust

1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)

27 avqust
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala)

28 avqust

1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan)

Qeyd edək ki, yarışda ilkin döyüşlər avqustun 25-28-də baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

Oxundu: 237

© 2017 - NSPSOLUTIONS