cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Azərbaycan milli komandasının oyun formasında dəyişik edilib

30.08.2017 11:33 Oxundu 3103

Futbol üzrə Azərbaycan milli komandasının oyun formalarında dəyişiklik edilib.

AFFA-nın "Facebook" səhifəsinin verdiyi məlumata görə, formaya Azərbaycan bayrağı əlavə olunub.

Bundan başqa yığma üzvləri Norveçlə səfər, San Marino ilə evdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına göy rəngli formada çıxacaqlar. Səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün milli komanda Osloda da meydana ev dəstində çıxacaq.

Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də "Ullevaal" stadionunda, San Marino ilə qarşılaşma sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək.