Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

BIZIM FUTBOL

I Divizionunda çıxış etmək üçün beş yeni klub PFL-ə müraciət edib

31.08.2017 11:00

2017/2018 mövsümündə Azərbaycan I Divizionunda çıxış etmək üçün Peşəkar Futbol Liqasına (PFL) beş yeni klub müraciət edib.

Bu barədə “Report”a qurumun Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

O bildirib ki, “Binə”, “Göyçə”, “Vətən” və “Karvan”la yanaşı, daha bir klub aşağı dəstədə mübarizə aparmaq niyyətindədir. Bu, paytaxtı təmsil edəcək “Xəzər” komandasıdır: “Hazırda müraciətlərə baxılır. Yekun qərarı sentybarın 6-da AFFA və PFL-in birgə təşkil edəcəyi komissiya verəcək”.

Qeyd edək ki, “Karvan” klubu əvvələr Azərbaycan Premyer Liqasında və I divizionda çıxış edib. Ötən mövsüm yarışda iştirak edən “Şəmkir”, “Rəvan” və “Şərurspor” növbəti çempionatda yer almayacaqlar.

Oxundu: 293

© 2017 - NSPSOLUTIONS