31.08.2017 11:11
2075
Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununda Norveçin qonağı olacaq.
Qarşılaşmanın baş tutacağı tarix yığmamız üçün xoş olmayan xatirə ilə əlamətdardı.
Belə ki, komandamız indiyədək sentyabrın 1-də keçirdiyi yeganə qarşılaşmada məğlub olub. Bu hadisə 16 il öncə yaşanıb.
Azərbaycan millisi 2001-ci ildə Moldova ilə Kişinyovda görüşüb. Meydan sahibləri sentyabrın ilk gününü 2:0 hesablı qələbə ilə başa vurub.
Həmin qarşılaşma DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində baş tutub. Apasport.az