Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

BIZIM FUTBOL

Rəqib baş məşqçi: "Azərbaycan güclü oldu"

31.08.2017 14:38

Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransı keçirib.

İsveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb...

- Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən maraqlı futbol alınacağına ümidvaram.

- Heyətdə hər hansı problem var?

- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdır.

- Yəqin ki, Bakıdakı ilk oyunu izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?

- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.

- Oyuna necə hazırlaşmısınız?

- Komandamız yaxşı hazırlaşıb. Xüsusən müdafiəyə diqqət ayırmışıq. Çünki son iki oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiniz?

- Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

- İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?

- Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?

- Ardıcıl iki oyun keçirəcəyik. Hamısından tam həcmdə hər iki qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik. Report

Oxundu: 267

© 2017 - NSPSOLUTIONS