şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

DÜNYA FUTBOLU

“Fənərbaxça” “Qarabağ”ın rəqibindən hücumçu alır

06.09.2017 13:50

Hücum xəttini gücləndirməyə çalışan “Fənərbaxça” “Atletiko”nun ön xətt oyunçusu Lusiano Viettoya “elçi düşüb”.

“Sarı-lacivərdlilər” “transfer pəncərəsi”nin son günlərində argentinalını heyətə qatmaq niyyətindədi.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibində əsas heyətə düşə bilməyən 24 yaşlı forvard həftəsonuna qədər Türkiyəyə köçə bilər. İstanbul nəhəngi onu birillik icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb. “Atletiko” rəhbərliyi komandanın 4-cü hücumçusu sayılan Viettonu birdəfəlik satmağı üstün tutur. Bununla belə, “Fənər” madridliləri bu keçidə razı salmaqda israrlıdı.
Qeyd edək ki, Lusiano Vietto “Atletiko”ya 2015-ci ildə 20 milyon avro müqabilində “Vilyarreal”dan keçib. Futbolçu ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib. Apasport

Oxundu: 93

© 2017 - NSPSOLUTIONS