cümə, 29 mart 2024

BİZİM FUTBOL

U-19 Liqası “Gənclər Liqası” oldu

Limit tətbiq edildi

07.09.2017 13:01 Oxundu 2062

Topaz Premyer Liqasında çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib. İclas AFFA-nın inzibati binasında baş tutub.

“Qəbələ” klubunun nümayəndələrinin ölkə xaricində olması nəzərə alınaraq, telefon bağlantısı yaradılıb. İclasda əsas müzakirə mövzusu 2017/2018-ci il mövsümündən başlayaraq U-19 Liqasında 6+5 limitinin (6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il təvəllüdlü) tətbiq olunması olub və bu barədə qərar qəbul olunub.

Limitin tətbiqində əsas məqsəd müvafiq yaş qrupuna aid yığma komandanın Avropa çempionatının seçmə mərhələsində oyun təcrübəsi çox olan futbolçulardan təşkil olunması, onların mütəmadi olaraq oyunlarda iştirakını təmin etməkdir.

Bundan əlavə, UEFA-nın təcrübəsi əsas götürülərək U-19 Liqasının “Gənclər Liqası” adlandırılması təklif olunub və klub nümayəndələri tərəfindən dəstəklənib.