cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ən çox maaş alan məşqçi və futbolçular

07.09.2017 15:00 Oxundu 2317

İtaliya çempionatında ən çox qazanan məşqçi və futbolçular müəyyənləşib.

“La Gazzetta dello Sport” nəşri yüksək məvacib alan çalışdırıcı və oyunçuların adlarını açıqlayıb.

A seriyasında ən çox maaş alan məşqçi Massimiliano Alleqridi. “Yuventus”un çalışdırıcısının illik məvacibi 7 milyon avroya bərabərdi. Onu “İnter”li Luçano Spalletti (4 milyon avro) və “Milan”lı Vinçentso Montella (3 milyon avro) izləyir.

İtaliya çempionatında ən çox məvacib alan futbolçu isə “Milan”ın yeni transferi Leonardo Bonuççidi (8 milyon avro və bonuslar). İkinci pillədə “Yuventus”un hücumçusu Qonsalo İquain (7,5 milyon avro), üçüncü yerdə isə turinlilərin digər futbolçusu Paulo Dibala (7 milyon avro) qərarlaşıb.

“Yuventus”un daha bir üzvü Duqlas Kosta və “Milan”ın qapıçısı Canluici Donnarummanın illik maaşı isə 6 milyon avrodu. Apasport.az