cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Türkiyə superliqasının oyunları Azərbaycanda yayımlanacaq

07.09.2017 16:45 Oxundu 1962

"Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı". Bunu telekanalın rəsmisi Volkan Üst deyib. O sözlərinə davam edərək qeyd edib: "Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq".