şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

BIZIM FUTBOL

Azərbaycan millisinin sabiq qapıçısı Ukrayna klubuna keçib

09.09.2017 08:30

Futbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Andrey Popoviç Ukrayna çempionatında çıxış edən "Minay" klubuna keçib.

25 yaşlı qapıçı əslən Ukraynanın Çop şəhərindən olsa da, 2008-ci ildən Azərbaycanda çıxış edib.

Donetskin "Metallurq" klubundan gələn qapıçı "Abşeron" (Bakı), "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyub. O, Roman Qriqorçukun rəhbərliyi altında ölkə çempionatının bürünc mükafatçısı olub. Andrey Popoviç Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının sıralarına cəlb edilib, 2011-2012-ci illərdə isə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan milli komandasında iki oyun (Albaniya ilə 0:1 və Sinqapurla 2:2) keçirib.

Popoviç "Minay"ın heyətində bazar günü, sentyabrın 10-da debüt edə bilər. Həmin gün Nikolay Qibalyukun komandası Ujqorodda Rovensk vilayətinin təmsilçisi olan ODEK-i (Orjev) qəbul edəcək. Report

Oxundu: 103

© 2017 - NSPSOLUTIONS