cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Beşinci tur PFL-ə 2700 manat qazandırdı

20.09.2017 12:25 Oxundu 1803

İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasının V turunda qeydə alınan intizam pozuntularına baxılıb və aşağıdakı qərarlar qəbul olunur .

“Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur . Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Əvəzedici heyətlərin V turunun “Neftçi” – “Zirə” matçının 81-ci dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Əvəzedici heyətlərin V turunun “İnter" – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində “İnter” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin V turunun “Səbail" – “Qəbələ” matçında “Səbail" klubu oyunun video yazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunur.

Beləliklə, V turda komandalar birlikdə 2700 manat cərimə olunublar. Əgər cərimələr ödənsə PFL-in daxılına 2700 manat daxil olacaq.