cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Kristof Düqarri: "Belə getsə, Neymar heyəti də müəyənləşdirmək istəyəcək"

20.09.2017 14:27 Oxundu 1921

"PSJ"nin hücumçuları Kovani və Neymar arasındakı münaqişəyə reaksiyalar verilməyə başlanıb. Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri hesab edir ki, bu münaqişənin günahkarı Neymardır: "Kavani artiq 4 ildir "PSJ"nin uğurları üçün tər tökür. O konflikt yaradan insan deyil. Neyar əla futbolçudur. Amma "PSJ"nın bossu deyil. O komandada əhəmiyyətli fiqur ola bilər. Amma ona xərclənən 222 milyon avro ilə deyil, "PSJ" ilə qazanacağı titullarla. Baş məşqçi Unai Emeri dərhal bu işə müdaxilə etməlidir. Yoxsa, tezliklə Neymar məşqlər keçirmək, komandanın heyətini müəyyən etmək fikrinə düçəcək. Bu münvalla "PSJ" hara gedir? Mənim Kavaniyə simpatiyam var. O hər oyunda can qoyur, amma heç vaxt bu barədə danışmır. Hazırkı situasiyanın günahkarı o deyil, Neymardır".