cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" UNICEF-lə əməkdaşlığa başladı

20.09.2017 15:08 Oxundu 1836

"Qalatasaray" uşaq hüquqlarının qorunmasına öz töhfəsini vermək məqsədi ilə UNICEF-lə əməkdaşlıq etməyə başlayıb.

Bu məqsədlə Ali Sami Yen İdman Kompleksi Türk Telekom Stadionunda təşkil edilən mərasimdə "Qalatasaray" İdman Klubunun Başqanı Dursun Özbek, "Qalatasaray" İdman Klubunun Ticarət Direktoru Ali Öyüdücü, UNICEF-in Türkiyə Milli Komitəsi İdarə Heyətinin sədri Tezer Kutluk və UNICEF-in Türkiyə Milli Komitəsi nin baş direktoru Sanem Bilgin Erkurt da iştirak ediblər.

Mərasimdə çıxış edən Qalatasaraylı Dursun Özbek: "Bütün "Qalatasaray"çıları UNICEF ilə bu əməkdaşlığı dəstəkləməyə dəvət edirəm. UNICEF ilə bu əməkdaşlıq bizi çox həyəcanlandırır və xoşbəxt edir "- deyib.

Xatırladaq ki, "Qalatasaray" UNICEF-lə əməkdaşlıq edən dördüncü idman klubudur. Buna qədər UNICEF ilə yalnız "Barselona", ​​"Mançester Yunayted" və"Olympiakos"əməkdaşlıq edirdi.