Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

DÜNYA FUTBOLU

"Kamp Nou"nun antirekordu - 51645 tamaşaçı

20.09.2017 15:45

İspaniya çempionatının 5-ci turunda keçirilmiş "Barselona"-"Eybar" oyununu izləmək üçün "Kamp Nou" stadionuna 51645 gəlib. Bu, 2011-ci ildən bəri qeydə alınan ən pis göstəricidir.

Qeyd edək ki, 6 dekabr 2011-ci ildə "Barselona"- BATE oyununa baxmaq üçün "Kamp Nou"ya 37374 tamaşaçı gəlmişdi. İspaniya çempionatında isə "Kamp Nou"nun ən pis göstəricisi daha əski tarixə - 24 yanvar 2009-cu ilə təsadüf edir. O vaxt "Numansiya" ilə oyunu "Kamp Nou"da 47330 tamaşaçı seyr eləyib.

"Kamp Nou"nun Çempionlar Liqasındakı antirekordu isə 2008/2009-cu il mövsümündə "Şaxtyor"la oyunda olub - 22763 tamaşaçı.

Xatırladaq ki, "Kamp Nou"nun tamaşaçı tutumu 98722 nəfərdir.

Oxundu: 217

© 2017 - NSPSOLUTIONS