cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

UEFA-nın növbədənkənar Konqresi keçirilib

20.09.2017 16:32 Oxundu 1779

Bu gün Cenevrənin Prezident Vilson otelində UEFA-nın növbədənkənar 13-cü Konqresi keçirilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA-nın milli assosiasiyası Avropa Klubları Assosiasiyasının iki nümayəndəsinin UEFA İcraiyyə Komitəsinə namizədliyini təsdiqləyib. Mandatlar dörd il müddətinə Andrea Annelli ("Yuventus", İtaliya) və İvan Qazidisə ("Arsenal ", İngiltərə) verilib.

Konqres AlexeySorokini (Rusiya) 2021-ci ilə qədər FİFA Şurasının yeni Avropa üzvü seçib.

UEFA İcraiyyə Komitəsi tərəfindən 1 İyun 2017-ci ildə Kardiffdə təyin olunan UEFA İdarəetmə və Uyğunluq Komitəsinin iki müstəqil üzvü təsdiqləndi. Bu, İspaniyalı hüquqşünas və İdman Arbitraj Məhkəməsinin hakimi Xose Xuan Pinto Sala və Malta Milli Məhkəməsinin baş auditoru Çarlz Dequaradır.

UEFA İcraiyyə Komitəsinin 9 dekabr 2016 və 1 iyun 2017-ci il tarixlərində təyin etdiyi UEFA Ədliyyə Hakimiyyətinin dörd üzvünün namizədliyi də təsdiq edilib:

- Tomas Hollerer (Avstriya), UEFA Apelyasiya Şurasının üzvü

- İvan Robba (Gibraltar), UEFA nizam- intizam və etik instansiyasının müfəttişi

- Edvinas Eimontas (Litva), UEFA nizam- intizam və etik instansiyasının müfəttişi

- Neboysa İvkoviç (Serbiya), UEFA nizam- intizam və etik instansiyasının müfəttişi

Nəhayət, UEFA Əsasnaməsinə təklif edilən düzəlişlər təsdiq edilib. Onlar UEFA ilə Avropa Professional Futball Liqaları(EPFL) arasında Anlaşma Memorandumunda əks olunacaq və UEFA İcraiyyə Komitəsi tərəfindən təsdiqlənəcəkr. Dəyişikliklərə görə, EPFL gələcəkdə UEFA İcra Komitəsində bir yerə sahib olacaq.