cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək

21.09.2017 01:20 Oxundu 1975

Bu il fevralın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürmüşdü. İlkin mərhələdə UEFA Çempionlar Liqasını qəbul etməyə 2– Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) və Estadio Metropolitano (Madrid, İspaniya), UEFA Avropa Liqasının həlledici oyununa ev sahibliyi etmək üçün 7 - Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan), Dinamo Arena (Tbilisi, Gürcüstan), Frankfurt Stadion (Frankfurt, Almaniya), Arena Stuttgart (Ştutqart, Almaniya), Hampden Park (Qlazqo, Şotlandiya), Estadio Ramon Sanchez Pizjuan (Sevilya, İspaniya) və Beşiktaş Arena (İstanbul, Türkiyə) hazır olduğunu bildirmişdi.

Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və Estadio Metropolitanonun, UEFA Avropa Liqası üçünsə Bakı Olimpiya Stadionu, Ramon Sançes-Pisxuan və Beşiktaş Arenanın namizdəliyi qeydə almışdı.

Bu gün 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları açıqlanıb. Bakı Olimpiya Stadionu 2 il sonra keçiriləcək UEFA Avropa Liqasının final oyununu qəbul edəcək.