çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

PFL təqvimdə dəyişikliklər edi

21.09.2017 12:28 Oxundu 1987

Peşəkar Futbol Liqasınin rəsmi saytının verdiyə xəbərə görə, qurumun bu günkü iclasında Topaz Premyer Liqasının təqvimində bəzi dəyişikliklər edib.

Xəbərdə bildirilir ki, “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının VI turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. “Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarlara imza atıb.

Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

VI turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.

VI turun “Qarabağ” – “Sumqayıt” komandalarının əvəzedici heyətlərinin görüşü 24 sentyabr saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda keçirilsin.

Bundan əlavə, “İnter” klubu PFL-ə müraciət edərək klubun 7 nəfər üzvün 18 sentyabr - 2 oktyabr tarixlərində Almaniyada, 2-11 oktyabr tarixlərində isə İrlandiyada 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində, 2 nəfər üzvünün isə 17 - 27 sentyabr tarixlərində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim məşq toplanışında iştirak edəcəyi səbəbindən əvəzedici komandaların “Zirə” və “Neftçi” ilə oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun transfer qadağası olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişikliklərə gedib:

Əvəzedici heyətlərin VI turunun “Zirə” – “İnter” matçı 24 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.
Əvəzedici heyətlərin VII turunun “İnter” – “Neftçi” matçı 30 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.