çərşənbə axşamı, 17 oktyabr 2017

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017

DÜNYA FUTBOLU

UEFA Millətlər Liqasının fomatını təsdiqlədi

21.09.2017 14:30

Məlum olduğu kimi, UEFA 2018-ci ildən etibarən Millətlər Liqası adlı turnir təşkil etmək barədə 2014-cü ildə qərar qəbul etmişdi. Həmin turnir əsasən yoldşlıq oyunlarını əvəz edəcək və milli komandalara öz gücünə uyğun komandalarla onamaq imkanı yaradacaq. UEFA Millətlər Liqasının reqlamentini təsdiq edib.

UEFA-nın rəsmi saytı bildiririr ki, Millətlər Liqasında Avropanın 55 ölkəsinin yığma komandaları mübarizə aparacaq. Komandalar reytinqlərinə görə dörd liqaya bölunəcəklər. Avropanın ən reytinqli 12 milli komandası A liqasında mübarizə aparacaq. Reytinqə görə növbəti 12 komanda B liqasında, 15 komanda C liqasında, 16 komanda isə D liqasında qərarlaşacaq. Hər bir liqada 4 qrup yaradılacaq. Oyunlar evdə və səfərdə olmaqla 2018-ci ilin sentyabr-noyabr aylarında keçirləcək.

A liqasındakı qrupların qalibləri final mərhələsinə yüksələcəklər. Həmin mərhələdə yarımfinal, 3-cü yer uğurda və final matçları keçiriləcək.

B,C və D liqalarının qalibləri özündən yuxarıdakı müvafiq liqaya vəsiqə qazanacaqlar. A, B və C liqalarının autsayderləri isə özündən aşağıdakı müvafiq liqaya yuvarlanacaqlar.

Oxundu: 136

© 2017 - NSPSOLUTIONS