cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Kosta "Atletiko"ya qayıdır

21.09.2017 15:12 Oxundu 2034

Məhşur "As" nəşrinin məlumatına görə, "Çelsi"nin hücumçusu Dieqo Kosta köhnə klubuna - "Atletiko"ya keçməyə çox yaxındır. Nəşr bildirir ki, futbolçu bu gün "Atletiko"da tibbi müayənədən keçiriləcək. Kostanın trasferinin Madrid klubuna 60 milyon Avroya başa gələcəyi ehtimal edilir. Əgər transfer baş tutsa, klubda ən yüksək maaş alan futbolçu məhz o olacaq.

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte bir qədər əvvəl Kostanı əsas heyətdən kənarlaşdırmışdı.