cümə, 29 mart 2024

BİZİM FUTBOL

Bakıda futbol festivalı keciriləcək

22.09.2017 15:53 Oxundu 2038

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə 6-16 yaş qızlar arasında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.

“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda ilk dəfə olaraq, “Live Your Goals” silsilə tədbirləri FIFA U-17 Qadınlarlararası Dünya Çempionatı ərəfəsində keçirilib. Festival Bakıda, Sumqayıtda, Zaqatalada, Qubada, Şəkidə, Masallıda, Qaxda, Xaçmazda, Qəbələdəvə s. şəhərlərdə müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.

Mənbə: affa.az