cümə, 29 mart 2024

BİZİM FUTBOL

Birinci Divizon komandasında 2 legioner oyaya bilər

25.09.2017 15:22 Oxundu 2303

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. Püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, iştirakçı klubların rəhbər şəxsləri, eləcə də jurnalistlər iştirak etdilər.
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qonaqları salamladıqdan sonra PFL prezidenti Ramin Musayev çempionatla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirdi. Rəhbər şəxs əvvəlcə çempionatın reqlamenti barədə məlumat verdi: “2017/2018-ci illər mövsümündə çempionatda 10 komanda iştirak edəcək. Yarış 3 dövrədən ibarət sistemlə keçiriləcək. 3-cü dövrədə 1-ci dövrədə olan uyğunluq tətbiq olunacaq. Topaz Premyer Liqasında olduğu kimi, I Divizionda da protokolda 23 futbolçu yer ala bilər. Oyunlar zamanı ilk onbirlikdə 6 nəfər yerli oyunçu olmaq şərti ilə daha yaşlı oyunçuların çıxışına icazə veriləcək. Meydançada hər zaman ən azından 1996-cı il və daha gənc təvəllüdlü 3 oyunçunun olması şərtdir. Klublar start heyətində maksimum 2 legionerin xidmətindən yararlana biləcəklər”.