cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

PFL danışılmış oyunlarla mübarizəni gücləndirir

25.09.2017 15:32 Oxundu 2332

Bu gün I Divizionun püşkatma mərasimi keçirildikdən sonra PFL-in prezidenti Ramin Musayev ötən il rast gəlinən xoşagəlməz hallara da münasibət bildirib: “Ötən mövsüm bəzi xoşagəlməyən hallar oldu. Belə ki, I Divizionda iştirak edən komandaların adları danışılmış oyunlarda hallandı. Buna görə də hər oyunda bizim nümayəndəmiz olacaq və lazımi qeydlərini götürəcək və digər prosedurlar həyata keçiriləcək. Əgər hər hansı bir şübhə yeri olarsa, araşdırılacaq və oyunun nəticəsi ləğv olunacaq. Oyun alqı-satqısında adı hallanan oyunçunun adı hüquq mühafizə orqanlarına təqdim olunacaq və onunla bağlı lazımi ölçü götürüləcək”.