cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Anar Şabanoğlu "Neftçi" PFK-da

29.09.2017 13:44 Oxundu 2895

"Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub. Oktyabrın 1-dən etibarən klubun mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.

Xatırladaq ki, "Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsi Rüstəm Əfsərlinin istefasından sonra vakant qalmışdı.