çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Kəpəz"in iki futbilçusu yığmaya dəvət aldı

29.09.2017 14:30 Oxundu 2560

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Oktyabrın 6-da Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq yığmaya 22 oyunçu çağırılıb. Komandaya dəvət alan futbolçulardan ikisi “Kəpəz”in üzvüdür. İlkin Sadıqov və İlyas Səfərzadə məşqçilər korpusunun etimadını qazanıb.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində təlim-məşq toplanışı keçirəcək.

Mənbə: http://kapazpfc.az