cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Neftçi" ilk qələbəsini qazandı

29.09.2017 16:49 Oxundu 2597

Topaz Primyer Liqasının VII turu "İnter"-"Neftçi" oyunu ilə start götürdü. İlk dövrənin son oyunu ərəfəsində bu komandaların vəziyyəti fərqli idi. Meydan sahibləri son 4 turda məğlub olmamışdı və 8 xala 4-cü pillədə qərarlaşmışdı. "Neftçi" isə qalibiyyətin şirliyin dadman 1 xalla sonuncudan əvvəlki mövqeyi tuturdu. Qələbə heç bir komandaya yarış cədvəlində mövqeyini yaxşılaşdırmaq imkanı verməsə də, xal ehtiyatını artırmaqla gələcəyə ümidlə baxmaq üçün zəmin yaradacaqdı.

Proqnozların əksinə olaraq, "Neftçi" oyuna sürətlə başladı və bütün birinci hissə boyunca meydançada dominantlıq etdi. Lakin hesabı açmaq mümkün olmadı və komandalar fasiləyə bərabərliklə yollandılar.

Fasilədən sonra da oyunun tərzi dəyişmədi. "Neftçi" hücum edir, "İnter"isə əks-hücumlara bel bağlayırdı.Nəhayət belə hücumların birində, 60cı dəqiqədə Meza Kollinin uzaqdan vurduğu zərbə müdafiçəyə toxunaraq qapıya daxil oldu.

72-ci dəqiqədə Rəhman Hacıyev "Neftçi"nin ikinci qolunu vurdu.

Bundan sonra da "Neftçi" oyun tərzini dəyişmədi. Amma qapılara qol da vurulmadı. Bunul da "Neftçi" çempionatda ilk qələbəsini qazandı: 2-0.