çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Tərlan Əhmədov: "Daha əzəmətli "Neftçi" görəcəksiniz"

29.09.2017 17:07 Oxundu 2822

Birnci dövrənin finişində "Neftçi" ilk qələbəsini qazandı. Oyundan sonra komandanın baş məşqçisi "CBC-Sport" televiziyasına verdiyi müsahibədə yaxın gələcəkdə komandasının daha aqressiv oynayacağnı bildirdi: " Bu mənim rəhbərliyim altında keçirilən 3-cü oyun idi. Bu gün ilk qələbəmizi qazandıq. Amma ötən iki oyunda komandamızın ikinci hissələrdə göstərdiyi performans qələbənin gələcəyini xəbər verirdi. Və nahayət, qələbə qazandıq. Amma çatışmazlıqlarımız çoxdur. İndi çempionatda 16 günlük fasilə yaranır. Bu fasilədə həmin çatışmazlıqları aradan qaldırmaq üçün çalışacağıq. İnanıram ki, ikinci dövrədə daha aqressiv, daha əzəmətli "Neftçi" görəcəksiniz."