cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Səbail”in futbolçuları milliyə dəvət olub

02.10.2017 17:59 Oxundu 2701

FİFA və UEFA yığma komandaların seçmə mərhələvə yoldaşlıq oyunları üçün təyin etdiyi müddətdə ölkə çempionatrınad fasilə yaranıb. Azərbaycan Premyer Liqasında çıxış edən komandaların legioner futbaqlçularının bəziləri öz ölkələrinin yığma komandalarına dəvət alıblar.

"Səbail" komandasının üzvləri Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə çağırılıb.
Komandanın yerli üzvü Pərviz Qaraxanov isə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət olunub. Xatırladaq ki, U-21 oktyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə almaniyalı həmyaşıdları ilə qarşılaşacaq.