şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Kəpəz” hazırlıqlara sabah start verəcək

02.10.2017 18:01 Oxundu 2706

Milli komandaların DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında yaranan fasilə müddəti üçün “Kəpəz”in hazırlıq planı müəyyənləşib. Gəncə klubu oktyabrın 3-də Bakıda məşqləri bərpa edəcək. Komanda oktyabrın 7-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Məşqlər hər gün saat 16:00-da başlayacaq.

“Kəpəz”in fasilə dövründə yoxlama oyunu keçirməsi də planlara daxildir. Belə ki, Nizami yurdunun təmsilçisi oktyabrın 8-də “Səbail” ilə qarşılaşacaq. Bu oyundan sonra bir gün istirahət edəcək komanda üzvləri ayın 10-dan “Dalğa Arena”nın süni meydançasında “Zirə”yə qarşı çempionat matçının hazırlıqlarına start verəcək

Mənbə: http://kapazpfc.az