Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BOKS

"Qəbələ" boksçuları yoxlama oyunu keçirəcəklər

12.10.2017 16:55

“Qəbələ” İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq. İdmançılarımız Ukraynanın KB-75 klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək.

"Cempion.az" xəbər verir ki, Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Oxundu: 189

© 2017 - NSPSOLUTIONS