Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

"Atletiko"nun “Qarabağ”la oyun üçün Bakıya gələcəyi heyəti müəyyənləşib

16.10.2017 15:28

Futbol üzrə Çempionlar Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Atletiko” komandası Bakıya 20 futbolçu ilə gələcək.

Baş məşqçi Dieqo Simeone oktyabrın 18-də, Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.

Yerli vaxtla saat 14:00-da yola düşəcək “Atletiko” Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyunu saat 20:00-da başlayacaq. Report

Oxundu: 172

© 2017 - NSPSOLUTIONS