Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

"Qarabağ" "Atletiko" ilə oyuna ciddi itki ilə çıxa bilər - Ndlovu zədələnib

17.10.2017 13:57

"Qarabağ" komandası İspaniya "Atletiko"su ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçına ciddi itki ilə çıxa bilər.

Bu barədə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

45 yaşlı mütəxəssis bildirib ki, Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının VIII tur qarşılaşmasında zədələnərək, meydanı tərk etmiş Dino Ndlovu ötən gün məşqi də yarımçıq qoyub. Qurbanov cənubi afrikalı hücumçunun ağrılarının olduğunu söyləyib: "Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Hələ bilinmir oyanayacaq, ya yox".

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq. Report

Oxundu: 184

© 2017 - NSPSOLUTIONS