Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Xəqani Məmmədovun ziddiyətli münasibəti

19.10.2017 13:47

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"-"Atletiko" oyununun 75-ci dəqiqəsində mübahisəli epizod yaşanıb. Komandamızın hücumçusu Dino Ndlou rəqibin müdafiəçisi Qodinlə mübarizədə topu itirmədən yıxılıb. Bu epizodda hakim ya penalti təyin etməli idi, ya da simulyasiyaya görə hücumçuya sarı kart göstərməli idi. Fransalı hakim ikinci variantı seçərək Ndlouya ikinci sarı vərəqə göstərərək "Qarabağ"ı azlıqda qoyub. Hakimin bu qərarına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov münasibət bidirırkən deyib ki, burada simulyasiyadan söhbət gedə bilməzdi, lakin həmin epizodda Ndlovunun gec və nümayişkəranə yıxılması referini aldatdı.

Sual olunur: simulyasiya nədir? Hakimi aldatmağa cəhd etmək. Elə isə futbolçunun nümayişkəranə yıxılması hakimi aldatmağa cəhd deyilmi? Xaqani Məmmədov iddia edir ki, futbolçu nümayişkaranə yıxılıb, amma bu, simulyasiya deyil. Bəs onda futbolçu nümayişkəranə yıxılmaqla hansı məqsədi güdürdü?

Xaqani Məmmədov Azərbaycan futbolunda da baş verən mübahisəli epizodlara dəfələrlə belə ziddiyyətli münasibət göstərərək lazımı tərəfi dəstəkləməyə cəhd edib. Burada da güya "Qarabağ"ın maraqlarına xidmət edən münasibət bildirib. Əslində isə o, Ndlounun nümayişkəranə yıxıldığını iddia etməklə bu epizodda futbolçumuzun haqlı olaraq sarı kart aldığını təsdiqləmiş olur. Bəlkə də, belədir, hakim doğru qərar verib. Amma bunu əsaslandırmaq üçün eyni zamanda həm nala, həm də mıxa vurmaq peşəkarlıqdan xəbər vermir.

Oxundu: 187

© 2017 - NSPSOLUTIONS